Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:48

Avropa Şurasının rəhbəri birliyin müqaviləsində düzəlişə ehtiyac görmür


Avropa Şurasının sədri Herman van Rompey (Herman van Rompuy) hesab edir ki, avrozona ölkələrində maliyyə qaydalarını kəskinləşdirilmək üçün Avropa Birliyinin mqavilələrində dəyişiklik məcburi deyil.

Cümə axşamı Brüsseldə Avropa Birliyinin iki günlük sammiti başlanır.

Van Rompey vergilərlə bağlı yeni razılaşma imzalanmasının tərəfdarıdır.

Burda Avropa Birliyinin baza müqavilələrindən fərqli olaraq parlamentin təsdiqi və ya referendum tələb olunmur.

Fransa ilə Almaniya liderləri yeni risklərdən qaçmaq üçün Avropa Birliyinin baza müqavilələrində düzəliş edilməsini təklif edirlər.

ABŞ bu təklifi bəyənsə də Böyük Britaniya bildirib ki, əgər bu tədbir ölkənin milli maraqlarına cavab verməsə ona imza atmayacaq.
XS
SM
MD
LG