Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:10

Avropa Məhkəməsi Rafiq Əliyevlə bağlı qərarını açıqlayıb


Fərhad Əliyev və Rafiq Əliyev / Foto: Bizim Yol
Fərhad Əliyev və Rafiq Əliyev / Foto: Bizim Yol
İnsan Haqları üzrə Avropa Məhkəməsi «Azpetrol» şirkətinin sabiq rəhbəri Rafiq Əliyevin şikayəti əsasında çıxardığı qərarı açıqlayıb.

Bu barədə məlumat İnsan Haqları üzrə Avropa Məhkəməsinin rəsmi saytında yerləşdirilib.
İnsan Haqları üzrə Avropa Konvensiyanın bir neçə maddəsinin pozulduğunu qənaətinə gələn məhkəmə qərara alıb: «Azərbaycan hökuməti Rafiq Əliyevə mənəvi ziyanın kompensasiya kimi 7 min, xərclərə görə isə 25 min avro ödəməlidir».
İnsan Haqları üzrə Avropa Məhkəməsi Rafiq Əliyevin Bakıdakı məhkəmə prosesindən əvvəl saxlanılma müddətinin pozuntularla müşayiət olunduğu və onun apellyasiya vəsatətlərinə düzgün baxılmadığı rəyinə gəlib.

Məhkəmənin qərarında deyilir ki, bu, yekun hökm deyil və tərəflər 3 ay ərzində şikayətlərini Məhkəmənin Böyük Palatasına təqdim edə bilərlər.

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyev 2005-ci ilin oktyabrında həbs edilib. Onlar korrupsiya, vəzifə saxtakarlığı və başqa iqtisadi cinayətlərdə ittiham edilirdilər.
Rafiq Əliyev 2007-ci ilin oktyabrında 9 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG