Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:30

Azərbaycanın neft ixracı 18.2 faiz azalıb


Rəsmilərin nikbin proqnozlarına baxmayaraq, neft hasilatı və ixracı azalmaqda davam edir

Azərbaycan Dövlət Neft Şirkəti Bakı-Tbilisi-Ceyhan ilə Azərbaycan neftinin ixracına dair statistik məlumatlar açıqlayıb. 2011-ci ilin oktyabr ayı ilə müqayisədə noyabr ayında neft ixracı 18.2 faiz azalıb.

Noyabrda BTC ilə Türkiyənin Ceyhan limanına 2.149 milyon ton neft nəql olunub.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, Hasilatın Pay Bölgüsü Sazişinə əsasən, neft hasilatı 2011-ci ildən başlayaraq azalacaq. «Azəri-Çıraq-Günəşli» yatağında 5 milyard barel neftdən 3 milyard barel qalıb:

«İldə 340 milyon barel çıxarılsa, «Azəri-Çıraq-Günəşli»də 2019-cu ildə neft ehtiyatları tükənəcək».

2010-cu il Azərbaycanın neft hasilatının ən yüksək həddi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG