Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:45

Kabildəki terrorda 60-a yaxın adam ölüb


Əfqanıstan prezidenti Hamid Karzai ölkəsində baş vermiş terror aktına görə Avropa ölkələrinə səfərlərini yarımçıq kəsib.

Dünən Kabildəki şiə məscidində baş vermiş terror aktı nəticəsində 60-a yaxın adam ölüb, 160 nəfər yaralanıb. Ölənlər arasında bir ABŞ vətəndaşı da olub. Bu haqda ABŞ-ın Kabildəki səfirliyindən məlumat veriblər.

Terror aktına görə məsuliyyəti Pakistandakı Laşkari Cengi adlı sünni qrupu üzərinə götürüb. Bu qrup indiyə qədər ölkə daxilində şiələrə qarşı onlarla terror aktı törədib. Long War Journal saytı bu qrupun əl Qaidə və Talibanla əlbir olduğunu yazır.
XS
SM
MD
LG