Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:23

İntiqam Əliyev İstanbulda saxlanıb


Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev dekabrın 6-sı gecə Türkiyədən Bakıya dönərkən İstanbul hava limanında saxlanıb.

Bu barədə AzadlıqRadiosuna Hüquq Maarifçiliyi Cəmiyyətindən məlumat veriblər.

Türkiyədə saxlanması barədə Bakıya hüquqşünas özü məlumat verib. O, ATƏT-in Türkiyədə keçirilən tədbirindən sonra Azərbaycana dönürmüş.

Cəmiyyətdən verilən məlumata görə, hava limanının gömrük xidmətində İntiqam Əliyevlə kobud davranılıb. O isə buna etiraz edib.

İntiqam Əliyev artıq vəkillə təmin edilib.
XS
SM
MD
LG