Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:04

Moskvada 600-ə yaxın adam tutulub


Moskvanın Triumfalnı meydanında parlament seçkilərinin nəticələrinə etiraz edən 600-ə yaxın adam saxlanılıb.

Xəbəri “İnterfax” hüquq-mühafizə orqanlarına istinadən yayıb. Əvvəl isə tutulanların 300 nəfər olduğu bildirilirdi. Məlumatlara görə, tutulanlar arasında möhkəm döyülənlər də olub.

Müxalifət liderləri Boris Nemtsov, Eduard Limonov, Sergey Mitroxin, “Memorial” hüquq müdafiə mərkəzinin rəhbəri Oleq Orlov və jurnalist Bojena Rınska da tutulanlar arasındadır.

Hökumətpərəst gənclər təşkilatlarının üzvləri qələbə münasibətilə mitinqə çıxıblar. Onlar “ Putin Rusiya” və “Medvedev Qələbə” şüarları səsləndirirlər.

Bundan başqa hakim partiyanın 10 minə yaxın tərəfdarı Qələbə meydanında qələbəni qeyd edib.
XS
SM
MD
LG