Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:20

Deputat jurnalistləri məhkəməyə verib


Deputat Novruz Aslanov «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin reportyorları Ramin Dekoyla Emil Salamoğlunu məhkəməyə verib. Deputat işgüzar imicinə zərbə vurduqları üçün jurnalistlərdən 10 min manat təzminat və üzr istənilməsini tələb edir.
Bu haqda AzadlıqRadiosuna Emin Deko deyib:
«Hər iki qəzetin 26 oktyabr tarixli sayında «Nazir İvanovkada evləri 80 mindən alır» və «Füzuli Ələkbərov İvanovka kəndində onlarla ev alıb» başlıqlı reportajlar dərc olunmuşdu. Deputat deyir ki, guya biz heç bir mənbəyə istinad etməmişik, bu yazılar da onun deputatlıq fəaliyyətinə ləkə salmaq məqsədi güdür».
Novruz Aslanov məhkəməyə müraciət etməzdən öncə jurnalistlərdən onlara müsahibə verən İvanovka kənd sakinlərinin adlarını və səs yazısını təklif edib. Onlar bunun jurnalistika prinsiplərinə zidd olduğunu deyərək rədd cavabı veriblər.
XS
SM
MD
LG