Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:48
Dekabrın 6-da - Aşura günündə Gəncədə İmamzadə ziyarətgahına minlərlə insan toplaşıb. Dindarlar Məhərrəmlik ayına bir neçə gün əvvəldən hazırlaşıb. Məscidin həyətində qara-yaşıl bayraqlar asılıb, məscidlərin önündə xeyli sayda dindarlar toplanıb müzakirələr aparırdılar. Məscidlərdə moizələr oxunurdu.

«YUXARILARDAN TAPŞIRIQ GƏLİB»

Hər il İmamzadə Türbəsinə piyada kütləvi yürüş edib, «Allahu Əkbər!» «Ya Allah!» şüarları səsləndirən dindarlara isə bu il əvvəlki illərdən fərqli olaraq icazə verilməyib. Dindar Emin Həsənzadə danışır ki, şəhər Polis İdarəsinin rəisi Rasim Musayev dindarları toplayaraq onlara kütləvi yürüşə qadağa qoyulduğunu deyib, səbəblərindən danışıb:

«Rəis səbəb kimi göstərdi ki, «şeyx də deyib, dini qurumlardan da, Prezident Aparatından da tapşırılıb ki, yürüş olmasın. Maşın təşkil olunub, avtobuslar var, İmamzadəyə gedin. Amma səs-küy salaraq asayişi pozmağa icazə yoxdur». Qazaxlar Məscidində səhər 10-15 adamı tutub bölməyə aparıblar. 3-4 saat saxlayıb buraxıblar».

Dekabrın 6-da dindarlar İmamzadə Türbəsinə yürüş etmək istəyiblər və demələrinə görə, polislə qarşıdurma yaranıb və onlarla dindar polis şöbəsinə aparılıb. Adının çəkilməsini istəməyən dindar danışır ki, şöbədə onları hədələyiblər:

«AVTOBUSUN ŞÜŞƏSİNİ DƏYƏNƏKLƏ SINDIRDILAR»

«Bütün məscidlərin yolunu bağlamışdılar. Birinci bizi avtobusa mindirdilər ki, «sizi yola salırıq. «İmamzadə»yə piyada heç kim getməyəcək, yürüş olmayacaq». Bir neçə cavan uşağın «Allahu- Əkbər!» sözündən ötrü dubinka çəkdilər. Biz olan avtobusun şüşəsini dubinka ilə sındırdılar. Mənim özüm zərbə aldım. Polis bölməsinə aparıldıq. İstədikləri vaxt hədə gəlmək üçün bizə sənədlər açılır. Gəncədə Aşura - 6 dekabr 2011

Gəncədə Aşura - 6 dekabr 2011

Bizə sözləri o oldu ki, «siz hələ bizim ələyimizdən çox keçəcəksiniz». Fikirləşməyin ki sizi buraxırıq, tamamən azadsız»».

Polis tərəfindən dəyənəklə döyüldüyü deyən digər dindar danışır ki, onun və yoldaşlarının heç də siyasi maraqları yoxdur:

« Polis məmurları mömin qardaşlarla çox pis və vəhşicəsinə rəftar elədilər. Zorakılıq elədilər. 16 saylı məktəbin qarşısında Aşura günü ilə bağlı yürüş eləmək istəyirdik. Şüar səsləndirmirdik, sakitcə yolumuzla gedirdik. 100 nəfər olardı. Şöbəyə 1 avtobus adam apardılar, bir də 20 polis maşınına doldurub apardılar şöbəyə. Bizim çevriliş niyyətimiz yoxdur, sırf İmam Hüseynin xatirəsinə əzadarlıq edirik. Bunlar çox güman qorxdular ki, artıq xalq bunlardan bezib, hamının bir yerə cəm olmağından istifadə edər. Heç də asayişə, camaata görə yox, özlərini qorumaq üçün belə elədilər».

BÜTÜN MƏSCİDLƏRİN QAPISI BAĞLANIB

Dekabrın 5-də axşam saatlarında məscidlərdə bircə dindar belə qalmamışdı. Hamı İmamzadə Türbəsinə toplanmışdı. İmamzadə ziyarətgahında onlarla ehsan mağarları qurulub. Hamı çay içir, ehsan yeməkləri yeyilirdi. Yüzlərlə adam moizə danışanlara qulaq asır, sinə vururdu. Ziyarətgah adamlarla dolub boşalırdı. Quran ayələri, «İmam Hüseyn» şüarlarına nəzir vermələri üçün yalvaran dilənçilərin səsi də qarışırdı.

Polisin münasibətini öyrənmək istəsək də, növbətçi hissədən bildirildi ki, Aşura ilə əlaqədar bütün Gəncədə Aşura - 2007

Gəncədə Aşura - 2007

heyət iş başındadır.

«QIŞDIR, SOYUQDUR»

Ancaq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Firdovsi Kərimov dedi ki, yürüşlərə qadağa yuxarılardan gəlmiş qərardır və əhalinin rahatçılığı, asayişin qorunması ilə bağlıdır:

«Sadəcə qışdır, soyuqdur. İcra hakimiyyəti camaatı pulsuz aparıb gətirmək üçün avtobuslar ayrılıb. Hər il mütəşəkkil səsgücləndirici ilə bir gün əvvəl küçə yürüşü keçirilirdi. Təbii ki, bu il ona icazə verilmədi».

Firdovsi Kərimov dindarların hüquqlarının tapdalanması, döyülməsi və sair barədə danışmaq istəmədi, bu barədə məlumatsız olduğunu dedi.

Dekabrın 6-da İmamzadə ziyarətgahının qarşısında təcili yardım maşınlarında xeyriyyə məqsədilə qan verən insanlar da toplanmışdı. Gəncə şəhər Qanköçürmə Mərkəzinin baş həkimi Tahirə Məmmədova deyir ki, 200 nəfər qan verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG