Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:44
Dekabrın 6-da Azərbaycan parlamentinin növbəti plenar iclasında dövlət büdcəsinin layihəsi təsdiq olunub.

Maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2012-ci ilin dövlət büdcəsinin layihəsi deputatların verdiyi təkliflərdən sonra ətraflı müzakirə olunub.

Büdcənin müzakirəsi zamanı kommunikasiya üçün əlavə 671 min, ehtiyatda olan hərbi qulluqçular üçün isə əlavə 1.4 mln. manatın ayrılması məqbul hesab edilib.

Bundan başqa, QHT-lərin inkişafı üçün ayrılan vəsait 1 mln. manat artırılmaqla 3.7, bələdiyyələrə verilən dotasiyalar isə 1 mln. manat artırılmaqla 5 mln. manata çatdırılıb.

Ümumilikdə, büdcənin xərclər hissəsi 87.6 mln. manat və ya 0.5% artırılaraq 17.072 mlrd. manata çatdırılıb. Nəticədə, büdcə kəsiri 634 mln. manata yüksəlib. Sonda dəyişikliklər səsə qoyularaq təsdiqlənib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG