Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:18

Ekstremistlərin hədəf aldığı sənət adamları...


İmadəddin Nəsimi
İmadəddin Nəsimi
Ekstremist dinçilərin tarixən törətdiyi, yaxud törətməyə çalışdığı edam və linçlərdə bir məqam diqqəti çəkir: ibtidai silahlar və ibtidai edam üsullarına meyl: daşqalaq, baş kəsmək, bıçaqlamaq, diri-diri yandırmaq...

Əziz Nesin

Məşhur türk yazıçısı Əziz Nesin söz azadlığı məsələsində dinlə bağlı hər hansı
məhdudiyyətin əleyhinə idi.

1990-cı ildə o, İranın ali dini liderinin "öldürülsün" fitvası verdiyi qalmaqallı Britaniya yazıçısı Salman Rüşdinin "Şeytan ayələri" romanını türkcəyə çevirməyə başladığını elan etdi.

"Şeytan ayələri" romanında İslam peyğəmbərinin ailə üzvlərinin təsvir forması bir çox müsəlman ölkəsində qəzəblə qarşılanmışdı.

Türkiyədəki radikal islamçı təşkilatların hədəf aldığı Əziz Nesin 1993-cü ildə ölümlə üz-üzə gəldi. Sivas şəhərində Ələvi mədəniyyət festivalına qatılan yazıçıya qarşı şəhərdə etiraz aksiyası keçirildi. Bu hadisə "Madımak qətliamı" kimi tarixə düşüb.

Əziz Nesin də daxil olmaqla festival iştirakçılarının qaldığı "Madımak" oteli ətrafında toplaşan kütlə "Kafirə ölüm" şüarları səsləndirəndən sonra otelə od

Radikal islamçı Mohammed Bouyeri - van Gogh-u Amsterdamda qətlə yetirib: rejissora 8 güllə vurandan sonra bir bıçağı onun sinəsinə saplayıb, başqa bir bıçaqlasa başını kəsməyə çalışıb.

vurdu.

37 nəfər həlak olsa da, yanğınsöndürən maşınlar Əziz Nesin və bir sıra başqa ziyalıları xilas edə bildi.

Həyatının qalan hissəsini dini fundamentalizmlə mübarizəyə həsr edən yazıçı 1995-ci ildə infarkdan keçindi.

Onun cənazəsi öz adını daşıyan fonda məxsus torpaqda dəfn edildi, amma dəqiq yeri açıqlanmadı. Əziz Nesinin vəsiyyətinə əsasən onun qəbri üzərində hər hansı dini ayin icra olunmadı.

İmadəddin Nəsimi

Hürufiliyin ən məşhur nümayəndələrindən biri, dahi Azərbaycan şairi İmadəddin Nəsimi 1417-ci ildə Hələb şəhərində edam edilib.
Hüruflik nə Allahı, nə də peyğəmbəri dansa da, ruhanilər bu təriqəti küfr sayırdılar.

Bəzi tarixi mənbələr Nəsiminin diri-diri soyulduğunu iddia edir. Nəsimini
"Təbrizi" nisbəsiylə təqdim edən İbn əl-İmad Hənbəli isə yazır ki: "O, hürufilərin şeyxidir, Hələbdə məskunlaşmışdı, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi".

Nəsiminin Hələbdəki məqbərəsini hər il minlərlə insan ziyarət edir.

Həmzə Həkimzadə Niyazi

Məşhur özbək şairi Həmzəni dini fanatiklərdən ibarət banda qətlə yetirib. Onu
daşqalaq edərək vəhşicəsinə öldürüblər.

Bu günün prizmasından baxanda Həmzənin siyasi görüşləri ilə bağlı mübahisə etmək olar. O, Özbəkistanı işğal etməyə gələn Qızıl Ordunun tərəfində idi. 1920-ci ildə Kommunist Partiyasına üzv yazılmışdı.

Amma Həmzə həm də inqilabdan əvvəl və sonra Özbəkistanda maarifçilik hərəkatının önündə getmiş, qadın azadlığı uğrunda mübarizə aparmış ziyalı idi.

Həmzə özbək ədəbiyyatında dramaturgiyanın da banisi sayılır. Təşkil etdiyi teatrın ölkə boyu qastrollara çıxması, cəhaləti tənqid edən tamaşalar göstərməsi də ruhanilərin xoşuna gəlmirdi.

Theodoor "Theo" van Gogh

Hollandiyalı rejissor Theodoor "Theo" van Gogh Somali doğumlu Ayaan Hirsi Ali ilə birlikdə İslamın qadına münasibətini tənqid edən qısametrajlı film çəkmiş və həmin 11 dəqiqəlik film Hollandiya televiziyasında nümayiş etdirilmişdi.

Van Gogh mətbuata demişdi ki, film "İslamda qadına qarşı zorakılığın əsaslandırılması"nın əleyhinə yönəlib: "Quranda deyilir ki, qadın itaətsizlik göstərərsə, əri ona şillə vura bilər".

Filmlərində qalmaqallı və provakativ fəndlərə yer verən rejissorun İslam
haqqında filmində də üzərində Quran ayələri yazılmış qadın meyiti nümayiş etdirilir.

Radikal islamçı Mohammed Bouyeri - van Gogh-u Amsterdamda qətlə yetirib: rejissora 8 güllə vurandan sonra bir bıçağı onun sinəsinə saplayıb, başqa bir bıçaqlasa başını kəsməyə çalışıb. Bıçaqla meyitə sancılmış kağızda Qərb ölkələri, yəhudilər və filmin digər rejissoru Ayaan Hirsi Ali hədələnib.


Amsterdamlılar rejissor van Gogh-un öldürüldüyü yerə gül-çiçək düzür...
Amsterdamlılar rejissor van Gogh-un öldürüldüyü yerə gül-çiçək düzür...
Qətli törədən 26 yaşlı Holland-Mərakeş vətəndaşı Bouyeri ömürlük həbs cəzasına məhkum edilib. Ona əfv üçün müraciət haqqı verilməyib.

Kurt Westergaard

Danimarkalı rəssam İslam peyğəmbəri Məhəmmədin karikaturalarını çəkib yerli qəzetdə çap etdirəndən sonra bir çox müsəlman ölkələrində buna qarşı etiraz aksiyaları keçirilmişdi.

2008-ci il fevralın 12-də Danimarkanın Təhlükəsizlik və Kəşfiyyat Xidməti 3 müsəlmanın həbs edildiyini açıqladı. İkisi Tunisdən, biri isə Mərakeşdən olan həmin şəxslərin karikaturaçı rəssamı qətlə yetirməyi planladıqları bildirildi.

Bundan sonra polis rəssamın təhlükəsizliyini təmin etmək üçün onu işə gedib-gələrkən müşayiət etməyə başlamış, evində polad qapı, müşahidə kameraları quraşdırmışdı.

2010-cu il yanvarın 1-də Somalidən olan 28 yaşlı şəxs balta və bıçaqla Westergaard-ın evinə girməyə çalışmış, qapını açmağa cəhd edərkən qışqıra-qışqıra "Biz qisasımızı alacağıq", "Qisas", "Qan" kimi ifadələr səsləndirmiş, amma bir neçə dəqiqədən sonra hadisə yerinə gələn polis tərəfindən zərərsizləşdirilmişdi. Polisin bildirdiyinə görə, rəssama hücum edən şəxs Somalidəki Əl-Şahab terrorçu qrupu, eləcə də Əl-Qaidənin Şərqi Afrikadakı bölümü ilə bağlı imiş.

Bəz siz bu siyahıya kimləri əlavə edərdiniz?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG