Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:56

İraqda partlayışda ölənlərin sayı 25 nəfəri keçir


Dekabrın 5-də İraqda şiə zəvvarları hədəf alan silsilə maşın partlayışlarında azı 25 nəfər həlak olub. Ölkənin bir neçə şəhərində baş verən partlayışlarda onlarla adam da yaralanıb.
Partlayışlar Aşura mərasimlərindən bir gün əvvəl baş verir.

2003-cü ildə ABŞ-ın liderliyi ilə beynəlxalq koalisiya qüvvələrini İraqa hərbi müdaxiləsindən bəri bu ölkədə sünni ekstremistlər tərəfindən şiə zəvvarlara hər Aşura zamanı hücumlar törədilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG