Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:57

Jurnalist döyülüb


Dekabrın 1-də gecə “Reytinq” və “İmpuls” qəzetlərinin əməkdaşı Elşad Ümid (Məmmədov) naməlum şəxslərin hücumuna məruz qalıb. Bu barədə jurnalistin özü dekabrın 5-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.

E. Ümid bildirdi ki, tanışının ad günüdən qayıdarkən yaşadığı evin yaxınlığında bir neçə nəfər naməlum şəxsin hücumuna məruz qalıb: “Nə baş verdiyini hələ də anlamıram, hadisəni tam olaraq xatırlamıram. Amma 1 saylı Kliniki xəstəxanada özümə gələrkən bildirdilər ki, yaxınlıqda olan post patrul xidmətinin əməkdaşları tərəfindən buraya gətirilmişəm. Baş verənlərin şəxsi zəmində, ya da peşə fəaliyyətimlə əlaqəli olması barədə də hər hansı təsəvvürə malik deyiləm, amma xatırladıqca bu barədə mətbuata məlumat veriləcək”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə RATİ-yə hadisə barədə məlumatsız olduğunu bildirib.

E. Ümid hal-hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin neyrotravma şöbəsində, müalicəsini davam etdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG