Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:27

Polis mayoru rüşvət almaq ittihamı ilə tutuldu


Russia -- Former head of the Department for Contract Construction and Investments at the Russian Defence Ministry, Vladimir Doronin in handcuffs at the Moscow District Military Court, 28Jun2007

Russia -- Former head of the Department for Contract Construction and Investments at the Russian Defence Ministry, Vladimir Doronin in handcuffs at the Moscow District Military Court, 28Jun2007


2011-ci il noyabrın 28-də vətəndaş Ramin Məmmədov Daxili İşlər Nazirliyinin «102» xidmətinə müraciət edib. O, ikimərtəbəli ev tikmək istəyir, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynov isə hər mərtəbə üçün ondan 1000 manat tələb edibmiş.

Bu barədə DİN və Baş Prokurorluğun birgə yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, T.Hüseynov dekabrın 3-də xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən yaxalanıb.

Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. T.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İttiham sübuta yetirilsə, keçmiş polis zabitini üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlqıdan məhrumetmə cəzası gözləyir.

Şərhləri göstər

XS
SM
MD
LG