Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:47

Julian Assange İsveçə verilməmək üçün daha bir müddət mübarizə apara bilər



Britaniya məhkəməsi WikiLeaks saytının qurucusu Julian Assangın İsveçrəyə verilməmək üçün hüquqi mübarizəsini davam etdirməsinə imkan verilməsi barədə qərar çıxarıb. İndi Assnage İsveçə verilməsinə dair bundan əvvəlki məhkəmə qərarından şikayət verməyə macal qazanır.

İsveçdə WikiLeaks saytının könüllüsü kimi çalışmış iki qadının Assange-a qarşı zorlama və seksual hücum ittihamları üzrə araşdırma aparılır. Buna görə keçən ilin dekabrında Britaniyada həbs edilmiş Assange ittihamları rədd edir.

Julian Assange WikiLeaks saytının ABŞ-ın müxtəlif ölkələrdə fəaliyyət göstərən səfirlərinin göndərdikləri diplomatik teleqramlar olduğunu iddia etdiyi sənədləri yaymağa başlamasından az sonraya təsadüf edir. Vaşinqton beynəlxalq qalmaqala səbəb olan bu sənədlərin yayılmasını qanunsuz adlandırıb.
XS
SM
MD
LG