Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:13

Bayraq meydanı ərazisində qarşıdurma (VIDEO)


Dövlət Bayraq Meydanı (Aqil Quliyev küçəsi, 5) yanındakı doqquzmərtəbəli binanın sakinləri ilə polis arasında qarşıdurma yaranıb. Bu barədə AzadlıqRadiosunun hadisə yerində olan müxbiri məlumat verir.

Səbayel rayon icra nümayəndəsi vətəndaşlardan birinə fiziki təzyiq göstərib. Bundan sonra onlar arasında qarşıdurma yaranıb. Polis isə məmur tərəfindən vurulan sakini bölməyə aparıb.

Sakinlər dekabrın 5-də Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüş zamanı onlara edilən təkliflə razılaşmadıqlarını deyirlər.

Məhəlləyə toplaşıb icra nümayəndəliyilə müzakirə aparan vətəndaşlara polis nəzarət edir.
Hazırda köçürülməsi gözlənilən həmin binada 65 ailə yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG