Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:34
Bir neçə gündür ki, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bir qrup nümayəndə ilə İran İslam Respublikasında rəsmi səfərdədir. Artıq tərəflər arasında İran telekanallarının Azərbaycanda qanunsuz yayımının qarşısının alınması üçün komissiya yaradılması barədə razılıq əldə edildiyi bildirilir. Əli Həsənov isə deyib ki, «Azərbaycan heç zaman kənardan ölkə həyatına süni şəkildə demokratiya və dini təriqətlərin idxal olunmasına yol verməyəcək».

Hazırda Azərbaycanın siyasi dairələrində Əli Həsənovun İrana səfərinin əsas səbəbi müzakirə mövzusudur.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı deyir ki, bu səfər Azərbaycan üçün əhəmiyyətlidir. Çünki İran sistemli şəkildə, ardıcıl olaraq özünün informasiya imkanlarından Azərbaycana qarşı təxribatlar törədir:

XƏBƏRDARLIQ SƏFƏRİ

«İranın ayrı-ayrı rəsmiləri, ayətullaları yuxusunu qarışdıranda, oyanan kimi müxtəlif sayıqlamalarla Azərbaycan dövlətini təhdid edirdi. Hətta fərqinə varmadan hər kəsin ünvanına qeyri-etik fikirlər səsləndirməkdən də çəkinmirdilər, Azərbaycan dövlətinin ünvanına xoşagəlməz ifadələr işlədirdilər. Prezident Administrasiyasının şöbə müdirinin İrana rəsmi səfəri Azərbaycan dövlətinin mövqeyini özündə ehtiva etməklə onlara xəbərdarlıq etmək, onları bu yoldan çəkindirməyə dəvət etməkdir. Bu baxımdan səfər çox böyük əhəmiyyət kəsb edir».

F.Ağamalının fikrincə, indi Azərbaycan gözləməlidir görsün ki, İran bu səfərdə əldə olunmuş razılaşmalara, öz vədlərinə sadiq qalacaq, Rasim Musabəyov

Rasim Musabəyov

ya bundan sonra da öz məkrli əməllərini davam etdirəcək.

AYƏTULLALAR- SİYASİ BÜRO ÜZVLƏRİ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyir ki, hazırda İrandan Azərbaycanla bağlı həm rəsmi, həm də qeyri-rəsmi şəkildə açıq hədələr səslənir. Bu ölkənin «Səhər» telekanalı isə Azərbaycanda təxribatlarla məşğuldur. Təbii ki, bu, Azərbaycan üçün dözülməz haldır. Ya Azərbaycan buna əks-təbliğatla adekvat cavab verəcək və informasiya müharibəsi başlayacaq, ya da rəsmi Bakı İranda hər şeyin islamçı rəhbərlər tərəfindən idarə olunduğunu nəzərə alıb bu vəziyyəti hansısa çərçivəyə salmaq istəyəcək. R.Musabəyov hesab edir ki, Əli Həsənovun da İrana səfəri məhz bu məsələlərin həllinə doğru bir axtarışdır:

«Hamı gözəl bilir ki, ayətullalar vaxtilə SSRİ-də olan Siyasi Büro üzvləri kimidir. Bunlar rəsmi şəxslərdir. Dedikləri də fərdi mövqe deyil. Onların durub bizim nəyisə düz və ya səhv etdiyimizi demələri, Azərbaycan rəhbərliyinə tövsiyələr vermələri əslində dözülməzdir. Onlar kimdir ki, bizə tövsiyə versinlər? Verdikləri bəyanatlar da tamamilə yaramaz bir davranışdır. Bəlkə onların qaydalarına uyğun olaraq bu, mümkündür. Hər halda, Azərbaycanın dünyəvi dövlət olaraq bununla barışması mümkün deyil».

R.Musabəyov deyir ki, bu ay Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin görüşü olacaq. Əli Həsənovun İrana səfəri də həmin görüş öncəsi vəziyyəti gərgin nöqtəyə gətirmədən nizamlamaq üçündür. Tərəflər regiondakı vəziyyəti də müzakirə edə bilərlər. Amma əsas məqsəd informasiya məkanındakı gərginliyin artmasının qarşısını Elxan Şahinoğlu

Elxan Şahinoğlu

almaqdır.

RAFİQ TAĞINI QƏTLİ - ƏSAS SƏBƏBDİR

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, Əli Həsənovun İrana səfərinin əsas səbəbi Rafiq Tağının qətli ilə bağlıdır. Bu qətllə bağlı verilən bəyanatlarla İran demək istəyir ki, onların əlləri Azərbaycana çatır və istənilən an istənilən şəkildə Azərbaycanı cəzalandırmağa hazırdırlar. E.Şahinoğlu hesab edir ki, tərəflər Rafiq Tağı məsələsini qapalı danışıqlarda müzakirə ediblər:

«Rafiq Tağının ölümünə fitva verilməsi və İranın bunu təsdiq etməsi, bunun qarşılığında isə Azərbaycan rəsmilərinin susması çox mənfi qarşılandı. Həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətdə Azərbaycan hakimiyyətinin İrandan qorxduğu, çəkindiyi görüntüsü yarandı. Yəqin, bu görüntünü aradan qaldırmaq, sanki Azərbaycan hakimiyyətinin İrandan çəkinmədiyini, bütün məsələləri müzakirə etməyə hazır olduğunu göstərmək üçün Əli Həsənovun İrana göndərilməsinə qərar verilib».

İRANIN MESAJI DAVAM EDİR

E.Şahinoğlu deyir ki, bununla belə Əli Həsənovun İrana səfəri zamanı əldə edilən hər hansı razılaşma öz həllini tapmayacaq. Çünki belə anlaşmalarda Azərbaycandan fərqli olaraq İran üzərinə götürdüyü öhdəlikləri heç vaxt yerinə yetirməyib. Bu dəfə də elə olacaq. Artıq Əli Həsənovun anlaşma barədə açıqlamasından az sonra Təbrizdə yenə də Azərbaycan əleyhinə toplantı düzənlənib və Azərbaycan xalqı təhqir edilib. Bu, İranın mesajıdır ki, onlar Azərbaycana qarşı siyasi, iqtisadi və informasiya savaşından geri addım atmayacaqlar. Qərb İranı sıxdıqca, Tehranın Azərbaycana təzyiqləri də artacaq.

E.Şahinoğlu düşünür ki, rəsmi Bakı bu ölkənin qarşısında geri çəkilməməli, 2000-ci ildə İranın hərbi təyyarələri Azərbaycanın hava məkanını pozarkən etdiyi kimi, yenə də adekvat addımlar atmalıdır Ərəstun Oruclu

Ərəstun Oruclu

(Həmin vaxt Türkiyə hərbi hava qüvvələri Azərbaycan səmasında cavab uçuşları həyata keçirmişdilər).

NƏ EKSTREMAL YOLDA, NƏ QARDAŞ KİMİ

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, Əli Həsənovu qonşu ölkəyə bölgədə gedən proseslər - İran ətrafında, Suriyada baş verən hadisələr aparıb. Çünki bu hadisələr Azərbaycana təsirsiz ötüşməyəcək. Yəqin ki, bu səfər İrana müəyyən mesajlar verməklə Azərbaycana qarşı mümkün təhdidləri azaltmaq məqsədi daşıyır. Azərbaycan hakimiyyəti çalışır İrana anlatsın ki, beynəlxalq aləmlə savaşda rəsmi Bakı hansısa ekstremal yolu seçməyəcək, amma İrana qardaş da ola bilməyəcək.

Amma Ə.Oruclu deyir ki, bu səfərin heç bir effekti olmayacaq. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının hətta müvəqqəti üzvü kimi, İrana qarşı beynəlxalq aləmin yanında olmaq zorundadır.

Şərhləri göstər

XS
SM
MD
LG