Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:43

Məscidlərdə Aşuraya hazırlıq gedir


Ötən il Təzə Pir məscidində keçirilən qanvermə aksiyası
Ötən il Təzə Pir məscidində keçirilən qanvermə aksiyası

Hacı Mirəziz Seyidzadə Bakı ilə yanaşı, Lənkəran və Gəncədə də qanvermə aksiyasının keçiriləcəyini deyir

Sabah Azərbaycanın bir çox dini ibadət yerlərində könüllü qanvermə aksiyaları keçiriləcək. Məhərrəm ayı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının toplantısında verilmiş fətvaya əsasən, Aşura günündə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan yığılacaq.

Bu haqda AzadlıqRadiosuna QMİ-nin Qazilər Şurasının üzvü Hacı Mirəziz Seyidzadə məlumat verib. Onun sözlərinə görə, sabah Təzə Pir, Göy Məscid, Bibiheybət, Hacı Soltanəli, Qaraçuxur, İçərişəhər "Cümə" Məscidində və digər ibadət yerlərində aksiyalar təşkil olunacaq. Bakı ilə yanaşı, Lənkəran, Mingəçevir, Şəki, Bərdə və Gəncədə də belə xeyriyyə tədbirləri keçiriləcək.

“Ümumiyyətlə, hansı məscid bu aksiyanı keçirməyə hazır olsa, ora həkimlər göndəriləcək. 3-4 gün əvvəl bununla bağlı Səhiyyə Nazirliyinə də müraciət olunmuşdu. Ümidvaram ki, aksiya yaxşı keçəcək”.

HƏKİMLƏR QAN YIĞMAĞI ÇATDIRA BİLMƏYİBLƏR

Hacı Mirzəziz bildirir ki, əvvəlki illərdə QMİ tərəfindən təşkil edilən qanvermə aksiyasına maraq böyük olub. Müraciət edən insanların sayı o qədər çox olub ki, həkimlər qan yığmağı çatdıra bilməyiblər.

Artıq adı çəkilən məscidlərdə qanvermə aksiyasına hazırlıq işləri aparılır. Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə bu məkanlarda Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun səyyar qanköçürmə laboratoriyasının əməkdaşları işləyəcəklər.

QMİ bir daha vurğulayır ki, müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir. Əvəzində İmam Hüseyn (ə) naminə tibbi ehtiyaclar üçün qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG