Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:31

Daha bir rayonun polis rəisi işdən çıxarılıb


Daxili İşlər naziri Ramil Usubov Cəlilabad rayon Polis Şöbəsinin (RPŞ) rəisi Rəhim Novruzovun vəzifədən azad edilməsi barədə əmr imzalayıb.

R. Novruzovun sərəncamda olduğu bildirilir. Onun yerinə isə hələlik təyinat yoxdur.

Cəlilabad RPŞ-nin rəisi vəzifəsini müvəqqəti olaraq şöbənin rəis müavini Yaqub Məmmədov icra edir.

Bir müddət əvvəl Zaqatala RPŞ-nın rəisi Faiq Şabanov da vəzifəsindən azad edilərək Bakının Xəzər rayon Polis İdarəsinə rəis təyin olunub.

Zaqatala RPŞ-nə hələlik təyinat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG