Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:12
İran telekanallarının Azərbaycan efirinə müdaxiləsinə iki prizmadan yanaşmaq lazımdır.

Bunu Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov söyləyib.

O bildirib ki, bunun birincisi texniki məqamdır, ikincisi isə məlumatların siyasi xarakteridir:

«İran tərəfdən kiçik bir ərazidə teleradio yayımı mövcuddur. Biz də etiraf etməliyik ki, Azərbaycan telekanalları İranın müəyyən hissəsində yayılır. Bu məsələlər Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun İrana son səfəri zamanı müzakirə olunub. Sərhədyanı bölgələrdə bununla mübarizə aparmağın mənası yoxdur. Amma təbliğat xarakterli verilişlərin yayımlanması yolverilməzdir».

Ə.Abbasov deyib ki, İranla Azərbaycan arasında teleyayımların tənzimlənməsi ilə bağlı yeni protokol üzərində iş gedir.

«İki ölkə arasında texniki protokollar var, amma bəzən bundan kənara çıxma hallarına rast gəlinir. Ona görə də yeni protokolların imzalanmasına ehtiyac var», - deyə nazir bildirib. /apa/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG