Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:28

Misirdə parlament seçkilərinin ikinci mərhələsi başlayır


Bu gün Misirdə parlament seçkilərinin ikinci mərhələsi başlayır. Seçkinin birinci mərhələsində səslərin 65 faizini islamçı partiyalar yığıb.

Rəsmi açıqlamaya görə, Müsəlman Qardaşları hərəkatı 36 faizdən bir qədər artıq, Sələfi əl Nur partiyası isə 24,5 faiz səs toplayıb. Onlardan sonra təxminən 13 faiz səslə liberallar gəlir.


Seçkinin üçüncü mərhələ isə yanvarın əvvəllərində başlayacaq.

Yanvarın 10-da seçkinin yekun nəticələri elan ediləcək və bundan sonra prezident seçkisi keçiriləcək.
XS
SM
MD
LG