Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:09

HBO telekanalı Folknerin əsərlərinə film çəkəcək


William Faulkner
William Faulkner
Dünyanın ən böyük kabel telekanallarından olan HBO Nobel mükafatlı Amerika yazıçısı Uilyam Folknerin əsərləri əsasında film çəkmək hüquqlarını əldə edib.

Bu hüquq yazıçının yazmış olduğu 19 roman və 125 hekayəyə aiddir. Telekanal həmin əsərlər əsasında film və seriallar silsiləsi çəkmək niyyətindədir.

Bu haqda "New York Times" qəzetinə istinadla oxuzalı.az xəbər verir.

Bir çoxları düşünür ki, Folknerin əsərlərini kino "dilinə" uyğunlaşdırmaq çətindir.

1959-cu ildə "Küy və qəzəb"in sərbəst interpretasiyası ekranlaşdırılıb. Baş rolu Yul Brynner ifa edib. Bu il isə James Franco elan edib ki, "Mən öləndə" əsasında film çəkmək istəyir.

Folknerin əsərlərini HBO üçün rejissor David Milch ekranlaşdıracaq. O, vesternləri və polis serialları ilə tanınır.

Yazıçının varisləri də onun namizədliyini bəyəniblər.

1965-ci ildə ABŞ-da yaradılmış HBO telekanalının təkcə Amerikada 30 milyon nəfərə qədər abunəçisi var.

Bundan başqa telekanal dünyanın 50-dən çox ölkəsində də yayımlanır.
XS
SM
MD
LG