Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:11
«Azərbaycan heç zaman kənardan ölkə həyatına süni şəkildə demokratiya və dini təriqətlərin idxal olunmasına yol verməyəcək».

Bunu İranda səfərdə olan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İranın Milli Radio və Televiziya Təşkilatının sədri İzzətullah Zərqami ilə görüşündə deyib.

Bu haqda məlumatı AzərTAC yayıb. Əli Həsənov görüşlərdə İran kütləvi informasiya vasitələrinin antiazərbaycan təbliğatının dayandırılmasının zəruriliyini vurğuladığı da bildirilir.

«Azərbaycanın və İranın tarixi taleyi tələb edir ki, onlar mehriban qonşuluq və səmimi dostluq şəraitində yaşasınlar. Bunun üçün hər iki tərəf bir-birinin ictimai-siyasi həyatına, daxili işinə və idarəçiliyinə hörmətlə yanaşmalıdır. Azərbaycan Respublikası hüquqi və dünyəvi dövlətdir.

Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik inkişaf yolunu şüurlu olaraq seçibdir və özünün işıqlı gələcəyinin təmin edilməsi üçün bu yolu bundan sonra da davam etdirmək əzmindədir. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan insan hüquqlarının qorunmasına, azad sözün və mətbuatın inkişafına, eləcə də dini etiqad azadlığına hörmətlə yanaşır və bunların hər birinə təminat verir. Lakin Azərbaycan heç zaman kənardan ölkə həyatına süni şəkildə demokratiya və dini təriqətlərin idxal olunmasına yol verməyəcək».

İran MRTT sədri İzzətullah Zərqami ilə görüşdə sərhədətrafı yayım siyasəti, xüsusən də son dövrdə iki ölkənin real vəziyyətini təhrif edən ayrı-ayrı KİV-lərin fəaliyyəti müzakirə edilib. Və bu yöndə razılıq əldə olunub.

Dekabrın 4-də Azərbaycan nümayəndə heyəti İran xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanperestlə də görüş keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG