Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:20

Rusiyada seçki günü iri saytlara blok qoyulub


Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə yerli vaxtla saat 13-dək təxminən 25.5 faiz seçici iştirak edib.

Bu barədə Mərkəzi Seçki Komissiyası xəbər verir.

450 yerlik Duma uğrunda ölkədə qeydiyyatdan keçmiş bütün 7 partiyanın namizədləri mübarizə aparırlar.

Daxili İşlər Nazirliyi ötən gün seçki qanununun pozulmasıyla bağlı 3 cinayət işi qaldırıldığını xəbər verir.

AzadlıqRadiosunun müxbiri, agentliklər və seçkidə mübarizə aparan partiyaların nümayəndələri bir sıra regionlarda pozuntulara yol verildiyini deyirlər.

AzadlıqRadiosunun Moskva müxbiri heç bir izah olmadan Mərkəzi Seçki Komissiyasının informasiya mərkəzinə buraxılmayıb, akreditasiyadan məhrum edilib.

Bundan başqa “Exo Moskvı” və “ Kommersant” qəzeti də daqxil olmaqla bir sıra iri saytlar hacker hücumuyla bloklanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG