Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:42
2011-ci ilin 10 ayında «102» xidmətinin imkanları ilə 228 cinayətin üstü açılıb.

Bu barədə dekabrın 3-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi Fuad Bəxtiyarov bildirib.

O deyib ki, videomüşahidə vasitələri ilə bu il 4305 hadisə, o cümlədən 4 min avtomobil qəzası qeydə alınıb. Videokameraların köməyi ilə 2 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Baş Cinayət-Axtarış İdarəsinin rəisi Emin Şəkinski isə qeyri-aşkar şəraitdə törədilən yol-nəqliyyat hadisələrindən danışıb. O bildirib ki, bu hadisələrin 30 faizdən çoxunun açılmasında texniki vasitələrdən istifadə olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG