Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:59

Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürülür


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Gənc fəal Bəxtiyar Hacıyev 14 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə köçürülür.

Bu barədə AzadlıqRadiosuna qardaşı Vüqar Hacıyev məlumat verib.

Amma o deyib ki, bu köçürülmə Bəxtiyar Hacıyevin səhhətində hansısa problemlə bağlı deyil:

«Bu, Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsindən Azərbaycana gələcək nümayəndə heyətinin görüş tələbinin təmin edilməsi ilə bağlıdır. Biz sonuncu dəfə Bəxtiyarın yanına gedəndə onun cəza çəkdiyi müəssisədə təmir işləri aparılırdı. Orada görüş üçün uyğun şərait olmadığından rəhbərliyin təşəbbüsü ilə Bəxtiyar Hacıyev bir müddət Penitensiar Xidmətin Müalicə Mərkəzində qalacaq».

14 saylı cəzaçəkmə müəssisəndən məlumatı nə təkzib, nə də təsdiq etdilər.

ABŞ-ın Harvard Universiteti məzunu Bəxtiyar Hacıyev bu il martın 4-də Gəncədə həbs edilib. O, hərbi xidmətdən yayınma ittihamı ilə 2 il azadlıqdan məhrum edilib.

Hüquq müdafiə təşkilatları Bəxtiyar Hacıyevin həbsini onun siyasi fəaliyyəti ilə əlaqələndirirlər.

«Amnesty International» təşkilatı isə onu «vicdan məhbusu» sayır.
XS
SM
MD
LG