Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:15

Avronun müəllifi bunun səhf ideya olmadığını deyir


Avropa Komissiyasının keçmiş rəhbəri və vahid Avropa valyutasının müəlliflərindən biri Jack
Delor avrozona ölkələrinin maliyyə və büdcə siyasəti, habelə onun özünün fəaliyyət prinsiplərini tənqid edib.

O Böyük Britaniyanın Daily Telegraph qəzetinə müsahibəsində deyib ki, avro özü-özlüyündə səhv ideya deyildi , amma onu həyata keçirərkən çoxlu nöqsanlara yol verilib və bu sonda avronun özü üçün təhlükə olan borc böhranı səbəb olub.

Delorun sözlərinə görə, səhv əlaqələndirilmiş büdcə siyasəti olmadan valyuta ittifaqının yaradılmasında olub.

Fransa ilə Almaniya Avropa Birliyinin müqaviləsinə düzəliş edilməsini təkid edirlər.

Bu düzəlişdə avrozonaya daxil olan ölkələrin razılaşdırılmış fiksal siyasət yeritməsi və büdcə qaydalarını pozan ölkələrə qarşı sanksiya tətbiq edilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG