Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:01

2 sahibkar girovluqdan azad edilib


Bakıda 8 gün girov saxlanılan 2 sahibkar azad olunub.

Bu barədə Daxili İşlər Nazirliyi ilə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda qeyd olunur ki, «Ekstreme» şirkətinin sədri Dəyanət İsmayılov 1.4 milyon dollarla bağlı mübahisəni həll etmək üçün iki nəfəri noyabrın 20-dən 28-ə kimi öz ofisində girov saxlayıb.

6 gün sonra girov saxlanan şəxslərə nəzarət etməyi ofisin mühafizəçi Mətləb Eyvazovla qardaşı Rüfət İsmayılova tapşıran Dəyanət İsmayılovun Dubaya getdiyi bildirilir.

Noyabrın 28-də DİN-in keçirdiyi əməliyyat nəticəsində «Ekstreme» şirkətinin ofisində ayrı-ayrı otaqlarda saxlanılan şəxslər azad edilib. Onları girov saxlayan 2 nəfər isə həbs edilib. Dəyanət İsmayılovla bağlı əməliyyat-axtarış tədbirləri isə davam etdirilir.

Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etmə maddələri ilə cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG