Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:49

Qiymətli deputatlar, tikinti-təmir mədəniyyəti, Vaşinqtondan təklif...


Mətbuat icmalı
Mətbuat icmalı
«Bizim yol» qəzetindəki «XARİCƏ TƏLƏBƏ GÖNDƏRMƏYİN İÇ ÜZÜ AÇILDI» sərlövhəli yazıda bəzi müəmmalı məqamların olmasına toxunulur. Qeyd olunur ki, «2007-2015-ci illər ərzində xaricə 5 min tələbənin göndərilməsi nəzərdə tutulsa da, indiyə qədər cəmi 749 nəfər təhsil ala bilib».

«Exo» qəzetindəki «QİYMƏTLİ DEPUTATLAR» başlıqlı yazıda Milli Məclisdə bir normativ aktın qəbulunun dövlət büdcəsinə 80 min 400 manata başa gəldiyi qeyd olunur.

Qəzet bunu Ədliyyə Nazirliyi Normativ hüquqi aktların vahid internet elektron bazasına istinadən yazır.

«2010-cu ildə Milli Məclis 215 normativ akt qəbul edib. Bura qanun və qərarlar daxildir. 2010-cu ildə parlamentin saxlanmasına büdcədən 17 milyon 284 min manat pul ayrılıb».

«Azadlıq» qəzetindəki «BÜDCƏ BƏZİLƏRİ ÜÇÜN «SAĞMAL İNƏK» FUNKSİYASINI DAŞIYIR» başlıqlı yazıda sabiq deputat Nazim Məmmədovun fikirlərinə yer verib:

«İndiki halda siyasi partiyaların büdcədən maliyyələşməsi haqqında qanun xalqın marağına deyil, korporativ maraqlara xidmət edən bir «proyekt» olacaq. Bu addımın dövlətçilik maraqlarına xidmət kimi qələmə verilməsinə baxmayaraq, əslində kiçik «maddi» maraqlara hesablanmış addımdır».

«Ayna» qəzeti isə «ABŞ-DAN AZƏRBAYCANA GÖZLƏNİLƏN TƏKLİF» sərlövhəli yazısında qeyd edir ki «Vaşinqton ölkəmizin İrana qarşı sanksiyalara qoşulmasını istəyib».

«Azərbaycan» qəzeti Bakıda aparılan tikinti-təmir işlərindən yazır. «TİKİNTİ VƏ TƏMİR MƏDƏNİYYƏTİ» başlıqlı yazıda qeyd olunur ki, «gündən-günə gözəlləşən Bakının fasiləsiz qazıntılarla korlanması adətə çevrilib»:

«Küçə və prospektlərin müxtəlif adlar altında dağıdılması, sonra asfaltlanması, bir az keçməmiş yenidən qazılması böyükdən kiçiyə qədər hamının əsəblərini tarıma çəkir».

Məqalədə deyilir ki, «bu, əlaqədar təsərrüfat (əslində əlaqəsiz) qurumlarının sanki «xroniki» peşə xəstəliyinə çevrilib…».

«Yeni Azərbaycan» qəzeti isə prezidentin sərəncamı ilə dekabrın 1-dən minimum əməkhaqqının 85 manatdan 93 manat 50 qəpiyə qaldırılmasından yazır: «Ölkə vətəndaşları minimum aylıq əməkhaqqının artırılmasını yüksək qiymətləndirirlər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG