Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:03
ABŞ Helsinki Komissiyası Qafqazadkı həll olunmamış münaqişlər barədə bəyanat yayıb.

Bəyanatda deyilir ki, Keçmiş Sovet İttifaqının süqutundan sonra bu regiondakı həll olunmamış münaqişələr ən problemli məsələlərdən biri olaraq qalır.

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı göstərdiyi cəhdlər hələ ki, heç bir nəticə verməyib.

Moskva 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Abxaziya və Cənubi
Osetiyanı müstəqil dövlətlər kimi tanıdı və bu, münaqişlərin həllinin mümkünlüyünü daha əlçatmaz etdi.

Helsinki komissiyasının keçirdiyi brifinqdə Qafqazdakı münaqişlərin bugünkü durumu, onların həllinə mane olan faktorlar, hərbi əməliyyatların bərpasının təhlükəliliyi, danışıqların formatının dəyişdirilməsinin müsbət nəticələr verə bilməsi və ABŞ-ın bu münaqişlərin həllinə kömək edə bilməsinin mümkünlüyü müzakirə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG