Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:19
Nobel mükafatlı türk yazarı Orxan Pamuk da daxil olmaqla dünyanın 30 ölkəsinin 150-dən çox yazıçısı Meksika prezidentinə müraciət edib.

Prezident Calderon-dan xahiş edilir ki, Meksikanın şimalında hindilərin müqəddəs saydığı ərazidə Kanada şirkətinin gümüş mədəni açmasına verilən icazəni ləğv etsin.

Bu barədə Frans press agentliyinə istinadla oxuzalı.az xəbər verir.

Wirikuta - ölkənin şimalındakı San Luis Potosi ştatında geniş ərazidir. Hindilər inanır ki, Günəş oradakı Quemado dağında doğulub.

Hər il həmin dağı minlərlə hindi zəvvar ziyarət edir. Hindilər yüzlərlə kilometr yolu piyada qət edərək müqəddəs dağın ətrafına toplaşır və orada mərasimlər təşkil edirlər.

"Wirikuta-da şaxta qazılmasına icazə vermək Guadalupe kilsəsi qarşısında mədən açmaq kimi bir şeydir" - deyə Meksika şairi Homero Aridjis bildirib. Şair Meksika paytaxtındakı katolik kilsəsini nəzərdə tutur. Yerli katoliklər inanır ki, Bakirə Məryəm həmin kilsənin qarşısında görünüb.

Müraciətə Nobel mükafatlı fransız yazıçısı Jan Mari Qustav Le Klezio da imza atıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG