Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:39

Korrupsiyaya qarşı Mübarizə İdarəsi: 211 şəxsin işi məhkəmədədir


2011-ci ilin yanvar-noyabr aylarında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 211 şəxs barəsində 128 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bu cinayətlər əsasən rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, talama, dələduzluq və s. faktlarla əlaqədar olub.

Bu barədə Baş Prokurorluğun dekabrın 2-də yaydığı məlumatda deyilir:

«Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən müxtəlif sahələr üzrə korrupsiya hüquqpozmaları ilə əlaqədar 83 cinayət işinin istintaqı davam etdirilir. Həmin cinayət işlərinin nəticəsinə dair ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcək».

«Transparency International» təşkilatının hesabatında Azərbaycan korrupsiyanın səviyyəsinə görə 183 ölkə arasında 40-cı yeri tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG