Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:42
Rusiyanın ən nüfuzlu kitab mükafatlarından olan "Русский Букер" son 10 ilin nəsr əsərləri arasından ən yaxşısını seçib.

Bu, Aleksandr Çudakovun "Ложится мгла на старые ступени" romanıdır.

"Русский Букер десятилетия" mükafatı 2001-2011-ci illərdə "Русский Букер"in qısa siyahısına daxil olmuş əsərlər - 60 əsər arasından seçilib. Çudakovun əsəri də 2001-ci ildə finalacan gedib çıxmışdı (qalib olmasa da).

Mükafat yazıçının həyat yoldaşı, yazıçı Marietta Çudakovaya təqdim edilib. Çudakov 2005-ci ildə 67 yaşında müəmmalı şəraitdə kəllə-beyin travmasından dünyasını dəyişib.

"Русский Букер десятилетия" mükafatının qalibi üçün 600 min rubl (təxminən 20 min dollar), finalçılar üçünsə 2 min dollar məbləğində pul mükafatı nəzərdə tutulub.

Kitab Qazaxıstanın Çebaçinsk adlanan kiçik bir şəhərində yaşayan, SSRİ-nin müxtəlif yerlərindən Stalin repressiyaları zamanı sürgün olunmuş ziyalı ailələrindən bəhs edir.

Hadisələr ötən əsrin 30-50-ci illərində baş verir. Əsər bütün məhrumiyyətlərə baxmayaraq iradəsini, sabaha ümidini və mərhəmət hissini qoruya bilmiş, onu sonrakı nəslə ötürmüş insanlar haqqındadır. (Romanın jurnal variantını oxu)

Günün bütün mövzuları

XS
SM
MD
LG