Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:09

Avtobusda gediş haqqının qaldırılması, Əli Həsənovun Tehran səfəri…


Mətbuat icmalı
Mətbuat icmalı
«Bizim yol» qəzeti yazıçı –publisist Rafiq Tağının ölümü ilə bağlı İrandan səslənən bəyanatlara vitse-spiker Bahar Muradovanın münasibətini dərc edib. Bahar Muradova deyib ki, «İran mollalarına bizim mollalar cavab verməlidirlər. Rafiq Tağı ilə bağlı səslənən bütün ehtimallar hüquq-mühafizə orqanları üçün ip ucu ola bilər…»

«Azadlıq» qəzeti yazır ki, Bakıda bəzi marşrutlarda gediş haqqı özbaşına olaraq artırılıb. 134 saylı marşrut avtobus gediş haqqını 25 qəpikdən 30 qəpiyə qaldırıb. Nəqliyyat Nazirliyindən isə bildirirlər ki, qiyməti yalnız Tarif Şurası qaldıra bilər. Şuranın da belə bir qərarı yoxdur.

«Azərbaycan» qəzeti Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun İrana səfəri öncəsi mediaya verdiyi açıqlamanı oxucularının diqqətinə çatdırır. Əli Həsənov deyib ki, «Tehrana səfərim zamanı İranda ayrı-ayrı dairələrin Azərbaycan əleyhinə təhrikedici çıxışlarına son qoyulması xüsusi müzakirə olunacaq…».

«Yeni Müsavat» qəzeti isə İctimai Palatanın 2 aprel aksiyasına görə həbs olunan dörd nəfər barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından yazır: «Apellyasiya Məhkəməsi dörd vicdan məhbusunu həbsdə saxladı. Müttəhimlər qərarı «hakim sən köləsən», «hakim sən qulsan» şüarı ilə qarşılayıblar…».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG