Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:29

Boston Universiteti yerə çirkli su axıdılmasının qarşısını alıb

Boston Universitetində ayaqyolu və vanna otaqları yenicə təmirdən çıxıb. Tələbələrin şikayətini nəzərə alaraq bu dəfə otaqlarda müsəlmanların ayaqlarını yuması üçün xüsusi kranlar da quraşdırılıb.

Universitetin ingilis dili mərkəzi vanna otaqlarında bu yeniliyi öz hesabına hazırlatdırıb. Bu mərkəzdə dil öyrənən tələbələrin əksəriyyəti müsəlmanlardır. Onlar dəstəmaz vaxtı ayaqlarını yuyanda otağın döşəməsini batırırlarmış. Bu da digər tələbələrin narazılığına səbəb olurmuş.

Mərkəzin direktoru Marqo Veldivia deyib ki, bir çoxlarının müraciətini nəzərə alaraq ayaq yumaq üçün vannalar quraşdırıblar:

“Artıq müsəlman tələblərdən çoxlu təşəkkür almışıq. Daha çirkli sular yerə tökülmür, narazı qalan da olmur”.

Amerikada artıq bir neçə ştatlardakı tədris müəssisələrində müsəlman tələbələr üçün belə vannalar hazırlanır. İlk olaraq ayaq vannaları Miçiqan, Dirborn və Vaşinqton ştatlarındakı universitetlərdə quraşdırılmışdı.

Lakin prezidentliyə keçmiş namizəd Mike Huckabee isə bu yeniliklərdən o qədər də razı deyil:

“Biz bir din nümayəndələrinin tələbatını nəzərə alırıq, amma digərlərini ziyan vurduğumuza məhəl qoymuruq. Bu, əsl amerikasayağı addımdır”.

Belə kranlar İndianapolis və Missuridəki KCI aeroportunda da hazırlanıb. Lakin həmin vaxt aeroport rəhbərliyi bu yeniliyin tətbiqinə görə bəzi məmurların təpkisi ilə qarşılaşmışdılar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG