Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:21

BQXK-si Qarabağ müharibəsi zamanı yaranmış kütləvi məzarlıqları axtarır


Foto arxiv
Foto arxiv
Beynəlxalq Qızıl Xaç Komitəsi Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış kütləvi məzarlıqların aşkar edilməsilə bağlı Azərbaycan və Ermənistanın hakimiyyət orqanları ilə danışıqlar aparır.

Bu barədə APA agentliyi təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Şerin Polliniyə kistinadla xəbər verir.

O qeyd edib ki, bu çox vacib məsələdir, artıq 17 ildən çox vaxt keçib və bu qəbirlərin yerini bilən yerli sakinlər, din xadimləri var.

Bu insanlar hələ sağ ikən həmin məlumatları əldə etmək lazımdır.

BQXK gələn ildən Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən şəxslərin axtarışı ilə bağlı yeni layihəyənin həyata keçirilməsini planlaşdırır.

Layihədə itkin düşənlərin DNT testləri vasitəsilə həyata keçirilməsi nəzərdə tutur.
XS
SM
MD
LG