Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:51

İnternetdə səyyar kilsə alveri


Mancic ailəsinin hazırladığı kilsə
Mancic ailəsinin hazırladığı kilsə
Mancic ailəsi Serbiyada gəlirli bir biznesə başlayıb. Onlar həyətlərində istənilən adama ibadət etməsi üçün çatdırıla bilinəcək mini-kilsə quraşdırıblar.

5 tonluq daş və poladdan tökülmüş kilsə xaç, zəng qülləsi və freskalarla təchiz olunub.
Mini kilsədə 15 adam ibadət edə bilər.

Serbiyanın cənubundakı Nis şəhərinə yaxın Gadzin Handada yaşayan Svetislav Mancic və onun oğlu Goran belə bir layihəyə imza atıblar.

«Mancic Granit» dizayn kompaniyasının təsisçisi Svetislav Mancic AzadlıqRadiosunun Balkan xidmətinə deyib ki, orduda kiçik kilsələrdən istifadə edilməsi onun ağlına bu ideyanı salıb.

«Toy şənliyinin keçirildiyi hər bir restoranda, hotellərdə, motellərdə, hospitallar belə bir kilsəyə ehtiyac ola bilər. Fikirləşirik ki, yalnız Serbiya Ortodoksal Kilsəsinin xeyir-duasına ehtiyacımız var. Başqa tikintiyə icazə almağa ehtiyac yoxdur. Biz bunu yük maşınına qoyuruq və lazım olan ünvana aparırıq. Kilsə freskalarla bəzədilib. Sizə yalnız kabeli götürüb elektriklə birləşdirmək qalır. Və artıq 10 dəqiqəyə kilsə hazırdı. Zəng 17 kq-dır. Səs üçün ipi çəkirsən. Amma bu, elektron da ola bilər».

ƏN UCUZU 16 MİN DOLLAR OLA BİLƏR

Mini-kilsə internetdə də sifariş edilə bilər. Ən ucuzu 16 min dollar ola bilər. Eyni zamanda qiymətlər müştərinin sifarişinə uyğun olaraq dəyişə bilər. Yəni daşın materialı, xaçın, zəngin və mehrabın ölçüsü qiymətə təsir edəcək.

Svetislavın oğlu Goran deyir ki, kilsələr artıq ictimai diqqəti çəkib:

«Adamlar bizdən bu barədə soruşur. Bəziləri böyüyünü istəyir, bəziləri daha kiçiyini. Hələ ki, bu təcrübə üçün ilk modeldir. Hələ ki bazarı öyrənirik. Kiçik kəndlərdə yaşayanlar bizi çağırırlar və deyirlər ki, onlara böyük kilsə lazım deyil, istərdilər ki, əsas meydanda qoysunlar. Özəl Svrljig qəbiristanlığından bir adam bizimlə əlaqə saxladı. Həmçinin həftəsonu getdiyi evinə kiçik bir kilsə qoymaq istəyən bir nəfər də layihəmizə müştəri çıxıb. O cümlədən, Belqrad-Nisdəki restoranın rəhbəri ilə də danışmışam».

HƏR ŞEYİ SATMAQ OLARSA...

Mancic ailəsi deyir ki, onlar zəmanədən geri qalmaq istəmirlər. Əgər bu gün hər şeyi satmaq mümkündürsə, onlar soruşurlar ki, niyə də kilsəni yox.

Ratko Bozovic
Ratko Bozovic
Belqradlı sosioloq Ratko Bozovic bu layihəni tənqid edir:

«Görünür ki, köməyə ehtiyacımız olduğu, amma onu tapmadığımız halda laqeydliyimizin, biganəliyimizin dairəsi genişlənir. Heç bir adekvat siyasət yoxdur, mədəniyyət yoxdur, heç bir şey daha rasional deyil. Biz indi hər şeyin şou-biznesə çevrildiyi populist bir dalğanın qüvvəsilə idarə edilirik».


KİLSƏNİN XEYİR-DUASI LAZIMDIR

Mancic ailəsi deyir ki, mobil kilsə sifarişi alıblar, amma hələ hər hansı sifariş yerinə yetirilməyib. Çünki onlar Ortodoksal Kilsə rəsmilərindən icazə almalıdılar ki, mini kilsə qayda və standartlara uyğun qurulsun.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG