Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:08

Suriyaya qarşı sanksiyalar kəskinləşdirilir


Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Brüssel görüşündə Suriyaya qarşı sanksiyaları kəskinləşdirmək qərarına gəliblər.

Bundan əvvəl Suriyaya qarşı Ərəb Dövlətləri Liqası da sanksiyalar tətbiq edib.

Öz növbəsində Türkiyə çərşənbə günü Suriyaya qarşı kəskin tədbirlər qəbul edib.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3500-dən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG