Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:05

Əfqanıstanda daha 1 əyalət yerli qüvvələrin nəzarətinə keçdi


Əfqanıstanın müxtəlif rayonlarında nəzarətin yerli qüvvələrə verilməsi davam edir.

Bu gün Pərvan əyaləti yerli qüvvələrin nəzarətinə keçib.

Yaraqlıların fəal olduğu 9 əyalətdən 2-si isə hələ ki, koalisiya qüvvələrinin nəzarətindədir.

Əyalətlərin yerli qüvvələrin nəzarətinə verilməsinə iyuldan başlanıb.

Bu gün başlanan ikinci mərhələ 6 əyalət və 7 şəhərə aiddir.

Əldə olunmuş razılaşmaya əsasən 2014-cü ilin sonunadək ölkə tam yerli qüvvələrin nəzarətinə keçməlidir.
XS
SM
MD
LG