Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:16

ABŞ Myanmanı islahatları davam etdirməyə çağırıb


ABŞ dövlət katibi Hillay Clinton Myanmaya səfəri zamanı ölkənin yeni mülki hakimiyyətini islahatları dabam etdirmək və genişləndirməyə çağırıb.

Hillary Clinton prezident Teyn Seynlə (Thein Sein ) görüşdükdən sonra bildirib ki,
Vaşinqton Myanma ilə münasibətlərin yaxşılaşdırılmasını nəzərdən keçirir.

Sanksiyalara gəldikdə isə dövlət katibi deyib ki, hələlik bunun vaxtı deyil.

Hillary Clinton Myaqnmanı beynəlxalq sanksiyalar tətbiq edilmiş Şimali Koreya ilə əməkdaşlığı dayandırmağa çağırıb.

Myanma prezidenti isə iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açıldığını bildirib.

Hillary Clintonun Nobel sülh mükafatçısı olan müxalifət lidri Aung San Suu Kyi ilə də görüşəcəyi gözlənilir.
XS
SM
MD
LG