Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:01

İnsan alverinin azaldığı bildirilir


Foto: Arxiv
Foto: Arxiv
Bu il Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib, 18 cinayətkar ifşa edilib. Aşkar olunan insan alveri qurbanlarının sayı isə 27 nəfərdir.

Bu haqda dekabrın 1-də DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev məlumat verib.

Dövlət rəsmiləri deyirlər ki, ildən-ilə Azərbaycanda insan alveri ilə mübarizə sahəsində vəziyyət yaxşılaşır.

İnsan alveri qurbanı olduğunu deyən Gülnaz Əmirova isə iddia edir ki, bu vaxtacan dövlət orqanlarından yardım ala bilməyib:

«MƏNƏ HEÇ KİM KÖMƏK ETMİR»

«Mənə kiminsə kömək edəcəyinə heç inanmıram da. 40 yaşım var. Bundan sonra həyatımı qurmaq istəyirəm. Çünki mən də adamam. Bizim kimi adamlar heç kimə lazım deyil. Nə qədər dövlət qurumuna müraciət etdim. Mənə heç kim kömək etmir».

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev isə deyir ki, insan alveri qurbanlarına hüquqi, tibbi, psixoloji yardımlar göstərilir. Yardım almaq üçün gərək onlar ilk növbədə özləri haqqında polisə məlumat versinlər:

«Qurbanların cəmiyyətə uyğunlaşma proqramları həyata keçirilir. İşə düzəlmələrinə kömək göstəririk, peşə kurslarına yönəldirik».

MƏNŞƏ, TƏYİNAT VƏ TRANZİT ÖLKƏSİ

SSRİ-nin dağıldığı ilk illərdə Azərbaycan insan alveri ilə bağlı daha çox mənşə ölkə kimi tanınırdısa, son illər təkcə mənşə deyil, təyinat, tranzit ölkə kimi

Cavad Şıxəliyev
qeyd olunur.

Beynəlxalq Miqrasiya Təşkilatı 2006-cı ildən könüllü geri qaytarma qaydalarını həyata keçirir. Təşkilatın Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Nailə Cəfərova deyir ki, 2007-ci ildən qurbanlarla bağlı azalma müşahidə olunur:

«Azərbaycan qadınları üçün əsasən təyinat ölkəsi Türkiyə, Birləşmiş Ərəb Əmirlikləridir. Son illərdə bir az İran da təyinat ölkəsi kimi istifadə olunur, bir də Rusiya. 2006-cı ildən 2011-ci ilə qədər 34 qurbana yardım göstərmişik. Qurbanların həm Azərbaycandan öz ölkələrinə qayıtmalarına, həm də azərbaycanlı qurbanların xarici ölkələrdən Azərbaycana qayıtmasına».

«DAŞINMALAR AZALIB»

«Təmiz Dünya» Təşkilatının rəhbəri Mehriban Zeynalova da son vaxtlar insan alveri qurbanları arasında azalmalar olduğunu deyir:

«Əvvəlki illərə nisbətən daşınmalar azalıb. Daşınmalar əvvəlki marşrutlar üzrədir. Yeni təyinat ölkələri qeydə alınmayıb. Əvvəllər Pakistan, Hindistan da mövcud idi. İndi bu ölkələrlə bağlı daşınmalar yoxdur.
Matthew Bryza
Matthew Bryza
İran az miqdardadır. Rusiyaya əvvəllər yox idi. Sonra aşkarlandı ki, Rusiyaya daşınmalar mövcuddur. Ən çox Türkiyəyədir. Türkiyə ilə güclü əməkdaşlığa böyük ehtiyac ​var».

«KÜÇƏDƏ YAŞAYAN UŞAQLARI QEYDİYYATA ALIN»

ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza dekabrın 1-də jurnalistlərə açıqlamasında dedi ki, son aylar insan alveri ilə mübarizədə Azərbaycan hökuməti və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edirlər:

«Azərbaycan bu sahədə düşündüyümüzdən daha çox mübarizə aparır. Ancaq digər işlər də görülməli, addımlar da atılmalıdır. İnsan alveri ilə məşğul olan şəxslərin kimliyindən asılı olmayaraq onlara qarşı iki vacib addım atılmalıdır. Birincisi, onlar qanun çərçivəsində təqib olunmalı, ikincisi isə həbs olunmalarıdır. İnsan alveri qurbanına çevrilməmələri üçün həm də küçədə yaşayan uşaqlar qeydiyyata alınmalı, onlar qorunmalıdır. Hesab edirəm ki, biz birgə işləyərək Azərbaycanda bu dəhşətli cinayətə qarşı mübarizədə irəliləyişlər əldə edirik».

CİNAYƏTİ KİM TÖRƏDİR?

İndiyə qədər hansısa yüksək vəzifəli şəxs insan alverinə görə həbs olunmasa da, illərdir həmin himayəçilərin «sıravi adamlar» olmaması haqqında fikirlər səslənir.

Azad İsazadə
Azad İsazadə
Qadın Krizis Mərkəzinin eksperti Azad İsazadə deyir ki, insan alveri ilə mübarizə dövlət səviyyəsində keçirilir. Ancaq mübarizəyə baxmayaraq belə faktlar olursa, deməli, bu cinayətkar qrupların arxasında kimsə dayanıb, kiminsə marağı var:

«Deyə bilmərəm ki, bunlar yüksək rütbəli məmurlar, ya da polis əməkdaşlarıdır. Ancaq istər maliyyə, istərsə də tanışlıq baxımından imkanı olan şəxslərdir ki, onlar bu işi edə bilirlər».

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev isə
bildirir ki, insan alveri cinayətləri yaxın qohumlar, rəfiqələr, tanışlar tərəfindən törədilir:

«Özü də bu cinayəti törədənlərin böyük əksəriyyəti qadınlardır. Çoxu da təhsilsiz, təhsil səviyyəsi az olan, orta təhsili olmayan insanlardır».

Cavad Şıxəliyev deyir ki, bu il beynəlxalq axtarışda olan 3 nəfər Interpol xətti ilə tutulub. Hazırda 17 nəfər beynəlxalq axtarışdadır. Bir insan alverçisi bu yaxınlarda Pakistanda ölüb. Məcburi əməklə bağlı isə bu il 2 cinayət faktı qeydə alınıb.
XS
SM
MD
LG