Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:55

Ərəb və Avropa ölkələri Suriyaya qarşı sanksiyaları nəzərdən keçirirlər


Ərəb Dövlətləri Liqasının sədri Nabil al Arabi cümə axşamı Brüsseldə Avropa Birliyi ölkələrinin zarici işlər nazirlərilə Suriyaya qarşı birgə tədbirləri müzakirə edir.

Nazirlərin bu gün Suriyaya qarşı yeni sanksiyalarla bağlı qərar qəbul edəcəkləri gözlənilir.

Bundan əvvəl Suriyayaya qarşı viza məhdudiyyəti tətbiq edilib, Assad rejiminin bank hesabları dondurulub.

Yeni sanksiyalar da isə söhbət Suriyaya bir sıra materialların göndərilməsinin qadağan edilməsi və ölkəyə kredit verilməsinin daha da məhdudlaşdırılmasından gedir.

Ərəb Dövlətləri Liqası ötən həftə Suriyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Həmçinin Türkiyə çərşənbə günü Suriyaya qarşı daha kəskin tədbirlər qəbul edib.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3500-dən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG