Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:49

Bakıda yeni dini jurnal nəşrə başladı



“Oxu” jurnalının ilk sayı işıq üzü görüb. Dərgi dekabrın 2-dən satışda olacaq.

Baş redaktor Elşad Miri “Media forum” saytına açıqlamasında deyib ki, 32 səhifəlik rəngli jurnal 2500 tirajla çıxıb.

“Oxu” eyniadlı qəzetin bazasında yaradılıb. Elşad Mirinin sözlərinə görə, ayda iki dəfə işıq üzü görəcək jurnalın ilk sayında maraqlı materiallar var:

“Oxucular islam mehmanxanalarının harada inşa olunmasından, ən iri “Quran” kitabının həcmindən, hicri aylarının necə müəyyən olunmasından xəbər tutacaqlar.

Dərgidə islam dünyasında haram sayılan aylar haqda müfəssəl məlumat verilir, Məhərrəm ayında, eləcə də Aşura günlərində oruc tutmağın savabından danışılır.

Digər maraqlı yazılardan biri dinini dəyişən vətəndaşların daha çox hansı ölkələrdən olması haqqındadır.

Oxuculara Allahın adları və sifətləri ilə bağlı yazı, həmçinin “Quran”ın iki ayəsinin təfsiri, italyan professorunun namaz həssaslığı haqda məqaləsi, dini qadağa ilə bağlı “Təbliğat aparmaq niyə qumarbazlıqdan pisdir” adlı yazı və başqa materiallar təqdim olunub”.

Jurnalı dekabrın 2-dən bütün qəzet köşklərindən, metro stansiyalarından və məscidlərin yaxınlığından əldə etmək mümkündür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG