Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:10

Anar Qədirli: «Rafiq Tağının orqanizmi xəsarətlərə dözməyib»


«Rafiq Tağı özünü yaxşı hiss etdiyindən reanimasiyadan palataya köçürülüb. Mənim bildiyimə görə, onun orqanizmi xəsarətlərə dözməyib. Rafiq Tağı plevrit xəstəsi idi və infarkt keçirmişdi. Orqanizmin gücü çatmayıb».

Bunu AzadlıqRadiosuna Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

O bildirib ki, ölümün dəqiq səbəbi tibbi ekspertizadan sonra bilinəcək. Ekspertizanın rəyi isə 15 gündən sonra açıqlanacaq.

Noyabrın 19-da Rafiq Tağını naməlum şəxs bıçaqlamışdı. O, çoxlu bıçaq yarası alsa da, əməliyyatdan sağ çıxa bilmişdi. Noyabrın 23-də isə yazar xəstəxanada keçinib.

Günün bütün mövzuları

XS
SM
MD
LG