Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:15

Azərbaycanın Müdafiə naziri İrana səfər edəcək


Azərbaycanın Müdafiə naziri Səfər Əbiyevin gələn ilin əvvəllərində İrana səfəri planlaşdırılır.

Bu barədə IRNA agentliyinə açıqlamasında Azərbaycanın İrandakı hərbi attaşesi Mehman Süleymanov bildirib.

O deyib ki, rəsmi Bakı Tehranla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır:

«Digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir».

M.Süleymanov İranın Müdafiə naziri Əhməd Vahidinin Azərbaycana son səfərini ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm addım adlandırıb. /apa/
XS
SM
MD
LG