Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:05

İnsan alveri ilə bağlı 70 cinayət faktı aşkarlanıb


Bu il Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib, 18 cinayətkar ifşa edilib. Aşkar olunan insan alveri qurbanlarının sayı isə 27 nəfərdir.

Bunu DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev bildirib.

O, deyib ki, bu il beynəlxalq axtarışda olan 3 nəfər «Interpol» xətti ilə tutulub. Hazırda 17 nəfər beynəlxalq axtarışdadır. Bir insan alverçisi bu yaxınlarda Pakistanda ölüb.

Məcburi əməklə bağlı isə bu il 2 cinayət faktı qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG