Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:36

ATƏT-in Minsk qrupu həmsədrləri bəyanat yayıblar


ATƏT-in Minsk qrupunun həmsədrləri Bernard Fassier (Fransa), Robert Bradtke (ABŞ) və İgor Popov (Rusiya) bölgəyə səfərlərinin yekunlarına dair bəyanat yayıblar.

Bəyanatda deyilir ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk noyabr ayının 28-30-da Yerevan və Bakıya səfər ediblər. Vasitəçilərlə birgə Fasyeni əvəzləyəcək həmsədr kimi səfir Jacques Faure də olub.

Həmsədrlər Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan, XİN-in rəhbəri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyan ilə, Bakıda isə Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə görüşüblər.

Görüşlərdə həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllində davamlı sülhə nail olmasında öz ölkələrinin öhdəliklərini bir daha yada salıblar.

Təmas xəttində baş vermiş son hadisələri diqqətə çəkən həmsədrlər deyiblər ki, 1994-cü ildə əldə olunmuş atəşkəs rejiminə hörmətlə yanaşılmalıdır.

Həmsədrlərin rəyinə görə, sərhəd bölgələrində baş verən insidentləri araşdırmaq üçün, prezidentlərin razılıq verdiyi mexanizmi həyata keçirmək zəruridir. Bəyanat müəllifləri həmçinin insanlar arasında etimadı doğrultmaq, dini, mədəni məkanları və qəbiristanlıqları qorumaq üçün əlavə tədbirlərin görülməsi barədə də müzakirələr aparıblar.

Həmsədrlər noyabrın 29-u Ermənistan və Azərbaycan sərhədini piyada keçərək sərhəd regionundakı vəziyyəti müzakirə etmək üçün hər iki tərəfin rəsmiləri ilə görüşüblər. Onlar noyabrın 30-da Qarabağ azərbaycanlıları ilə də görüşüblər. Müzakirə zamanı billdiriblər ki, ki, münaqişənin sülh yolu ilə həll olunmalı və məcburi köçkün və qaçqınlar öz yurd-yuvalarına qayıtmaq hüquqlarını saxlamalıdırlar.
XS
SM
MD
LG