Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:04

İlk süni peyklə bağlı sənədlər artıq imzalanıb


Azərbaycanın ilk süni milli peykinin orbitə buraxılmasına dair bütün sənədlər imzalanıb. “APA-nın məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, peyk 2012-ci ilin sonunda orbitə çıxarılacaq.

“Azersat” peykinin orbitə buraxılması layihəsinin ümumi dəyəri 200 mln. manata (250 mln. ABŞ dolları) yaxındır. Təkcə peykin istehsalçısı olan “Orbital Sciences Corporation” şirkəti ilə imzalanan müqavilənin dəyəri 112 mln. manat təşkil edir. Bu, peykin istehsalı ilə yanaşı, yerüstü idarəetmə strukturunun yaradılmasına və kadrların hazırlanmasına xərclənəcək vəsaitin həcmidir.

Azərbaycanın ilk telekommunikasiya süni peykinin buraxılması layihəsi kommersiya xarakteri daşıyır. İlkin hesablamalara görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulur. Azərbaycan peykin imkanlarının yalnız 20%-dən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Artıq peykin imkanlarının 40%-i Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur.

Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.

Peykin əsas idarəetmə mərkəzi Qala qəsəbəsində, ehtiyat idarəetmə mərkəzi isə Naxçıvanda olacaq.
XS
SM
MD
LG