Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:43

«Yeni Müsavat»a qarşı qaldırılan iddialardan birinə xitam verildi


Noyabrın 30-da Nizami rayon Məhkəməsi Şirvan şəhər sakini İsa Məhərrəmovun «Yeni Müsavat»a qarşı iddiasına baxıb.

İddiaçı bir neçə dəfə prosesə gəlmədiyi üçün məhkəmə işə xitam verib.

Bu haqda AzadlıqRadiosuna qəzetin baş redaktoru Rauf Arifoğlu məlumat verib.

İsa Məhərrəmov 2011-ci ilin aprelində Bakıda keçirilən aksiyalarda inzibati binaların pəncərələrini qırmaqda ittiham olunurdu. O, qəzeti bu məlumatı yaydığı üçün məhkəməyə vermişdi. Ona dəymiş ziyana görə 25 min manat təzminat tələb edirdi.

«Yeni Müsavat»a qarşı indi 5 məhkəmə iddiası var. Üst-üstə qəzetdən 2 milyon dollara yaxın təzminat istənir.
XS
SM
MD
LG