Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:52
Azərbaycan futbol yığmasının baş məşqçisi Bertie Fogts'la müqavilə 2014-cü ilə kimi uzadılıb.

Bu haqda qərar noyabrın 30-da AFFA-nın İcraiyyə Komitəsinin iclasında verilib.

AFFA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu AzadlıqRadiosuna belə deyib.

İclasda AFFA prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri Elşad Nəsirov, Elmar Qasımov, İsgəndər Cavadov, Ələkbər Məmmədov, Kazbek Tuayev, Mirkamil RəhimovCahangir Hacıyev iştirak edib.

QƏRAR YEKDİLLİKLƏ VERİLİB

- Bertie Fogts'la müqavilənin uzadılması haqda qərar nəylə əsaslandırıldı?

- AFFA-nın İcraiyyə Komitəsi Bertie Fogts'un fəaliyyəti ilə bağlı hesabatla tanış oldu. İcraiyyə Komitəsinin üzvlərinin hər birinin səsvermə hüququ var. Müzakirələrdən sonra belə qərara gəlindi ki, Fogts'la müqavilə 2014-cü ilə kimi uzadılsın.

- Amma Fogts'un fəaliyyəti həmişə mətbuatda və futbolsevərlər arasında tənqid olunub.

- Tənqidlərdən və rəylərdən asılı olmadan qərar verən AFFA-nın İcraiyyə Komitəsidir. İcraiyyə Komitəsinin 8 üzvü də iclasda iştirak edirdi və onlar yekdilliklə onun müqaviləsinin uzadılmasına səs verdilər.

HƏDƏF 2016-CI İLDƏKİ AVROPA ÇEMPİONATININ FİNALINA DÜŞMƏKDİR

- Dediniz ki, Bertie Fogts'un hesabatı dinlənildi. Bu məşqçi ilə Azərbaycan yığması hansı uğurlara imza atmağı planlaşdırır?

- Geniş müzakirələr oldu. Bertie Fogts'un qoyduğu məqsədlər açıqlandı. Onun Azərbaycan futbolu ilə bağlı məsləhətləri də dinlənildi. Məqsəd Azərbaycan yığmasının 2016-cı ildə Avropa Çempionatının finalına düşməkdir. Məsləhətlərdən biri də gənclərin milli komandanın heyətinə cəlb olunmasıdır.

MÜQAVİLƏNİN ŞƏRTLƏRİ MƏXFİ SAXLANACAQ

- Fogts'la müqavilənin şərtləri dəyişəcəkmi? Xüsusən də məbləğlə bağlı hissədə dəyişiklik gözlənirmi?

- Müqavilənin şərtləri iki tərəf arasında məxfi saxlanmalıdır. Onlar mətbuat üçün açıqlanmır. Məbləğ haqda mətbuatda hansı əsasla nə yazırlar bilmirəm. Məbləğlə bağlı iki tərəf arasında razılıq var və bu, açıqlanmır. Eyni zamanda, hər kəs işinə görə əməkhaqqı alır və bunu açıqlamaq etik normalara uyğun deyil.

Bertie Fogts Azərbaycan yığmasını 2008-ci ildən məşq etdirir. Tənqidçilər onun uğurlu məşqçi olduğunu düşünmürlər. Bu ilin sonunda Fogts'la müqavilənin vaxtı bitir. Çoxları onunla Azərbaycan yığmasının yollarının ayrılacağını, müqavilənin uzadılmayacağını proqnozlaşdırırdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG