Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:38

İş yerlərində 300 bədbəxt hadisə nəticəsində 83 nəfər ölüb


Azərbaycanda bu ilin 10 ayı ərzində iş yerlərində baş vermiş bədbəxt hadisələrin sayı əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev bildirib.

R. Tağıyev deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu say 73 hal artıb.

Nazirlik rəsmisi bu ilin 10 ayı ərzində 300-ə qədər bədbəxt hadisə baş verdiyini, nəticədə 83 nəfərin öldüyünü bildirib:

«Bu hallar ən çox tikinti və neft sektorunda baş verib. Təkcə 7 nəfər daş karxanasında ölüb. Karxanalarda fəhlələr kombayna düşüblər. Biz bir neçə daş karxanasında həmin kombaynların fəaliyyətini dayandırmışıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG